Tokayev xəbərdarlıqsız atəş açmaq əmri verdi – VİDEObackend

Tokayev xəbərdarlıqsız atəş açmaq əmri verdi – VİDEO

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev terrorçulara xəbərdarlıqsız atəş açmaq əmri verib.

Hokm.az xəbər verir ki, bu barədə Tokayev xalqa müraciətində deyib.

Tokayev həmçinin bütün vandalizm aktlarına sərt cavab verəcəyini vəd edib. Qazaxıstan prezidenti vətəndaşlardan bütün şübhəli şəxslər barədə polisə məlumat vermələrini xahiş edib.

“Bölgələrdə vəziyyətin sabitləşməsindən sonra fövqəladə vəziyyət tədricən aradan qaldırılacaq. Vəziyyətin sabitləşməsi ilə əlaqədar olaraq ölkənin müəyyən bölgələrində müəyyən vaxt intervallarında rabitəni-əlaqə vasitələrini bərpa etmək qərarına gəldim. Amma sizə xəbərdarlıq edirəm ki, internetə pulsuz çıxış uydurmaların, böhtanların və qızışdırıcı məqamların pulsuz yerləşdirilməsi demək deyil. Müraciətlər aşkar edilərsə, tədbir görəcəyik”.

Kasım-Jomart Tokayev hücumçularla danışıqlar aparmaq təklifini cəfəngiyyat adlandırıb: “Cinayətkarlarla, qatillərlə danışıqlar aparmaq olar?” Prezident əlavə edib ki, xalqın dinc yolla səslənən bütün tələbləri dinlənilib.

“Quldurları məhv etmək lazımdır və bu, yaxın vaxtlarda həyata keçiriləcək. Yalnız Almatıya xaricilər də daxil olmaqla, 20 000 quldur hücum edib. Hücumçular silahı yerə qoymayıblar, cinayət törətməkdə davam edirlər və ya buna hazırlaşırlar. Kim təslim olmasa, məhv ediləcək” – Qazaxıstan Prezidenti xalqa müraciətində deyib.

Tokayev bildirib ki, hökumət yaxın vaxtlarda brifinq keçirəcək: “Məlum oldu ki, xüsusi təyinatlılar, xüsusi vasitələr və texnika çatışmır. KTMT ölkələrinin liderlərinə, xüsusilə də Rusiya prezidentinə dəstəyə görə təşəkkür edirəm. Yüzlərlə mülki şəxs və hərbçi terrorçu quldurların hücumundan əziyyət çəkib və həlak olub. Qazax xalqına demək istəyirəm ki, sizinlə fəxr edirəm. Sabitliyi qoruyan və təxribatlara baxmayaraq, öz ölkələrinə sadiq qalan vətəndaşlara təşəkkür edirəm”.

Kasım-Jomart Tokayev ölkədəki iğtişaşlar fonunda islahatlar planı və onların həyata keçirilməsi üçün konkret addımlar təklif edəcəyinə söz verib: “Mən tam əminəm ki, müqəddəs vətənimiz – Qazaxıstan dünya xəritəsində güclü dövlətə çevriləcək, iqtisadiyyatımız dinamik inkişaf edəcək, vətəndaşlarımızın sosial vəziyyəti yaxşılaşacaq. Bu məqsədlərə nail olmaq üçün islahat planı təklif edəcəyəm””.Publika.az

  •  (0)
  •  (0)