Tofiq Yaqubluya hökm oxundubackend

Tofiq Yaqubluya hökm oxundu

Müsavat partiyası və Milli Şuranın üzvü Tofiq Yaqubluya hökm oxunub.
Hokm.az-ın verdiyi xəbərə görə, Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
T.Yaqublu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək Tofiq Yaqublunun 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Rəsmi açıqlamaya görə, martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Daha sonra T.Yaqublu  avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb.
Tofiq Yaqublu ona qarşı irəli sürülən ittihamlarla razılaşmır. O, istintaqı ona qarşı saxta ittihamlar irəlu sürməkdə və məhkəməni qeyri obyektiv qərar çlxarmaqda ittiham edərək aclıq aksiyası keçirir.
Qeyd edək ki, işə sədrlik edən hakim N.Mehdiyev son günlər karantində nəvəsinə toy etməsi ilə gündəmə gələn AMEA prezidenti Ramiz Mehdiyevin qardaşı oğludur.
  •  (0)
  •  (0)