Tofiq Yaqublunun döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Tofiq Yaqublunun döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Son vaxtlar keçirilməsinə cəhd göstərilən qanunsuz aksiyaların videogörüntüləri internet informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə mövcuddur. Həmin görüntülər polisin asayişi pozanlara qarşı qanunla müəyyən edilmiş hüquq və vəzifələri çərçivəsində davrandığını göstərir.

Hokm.az xəbər verir ki, bu sözlər Real TV-nin sorğusuna Daxili İşlər Nazirliyinin rəsmi cavabında əksini tapıb

“Məlumdur ki, polisin qanunsuz aksiyanın iştirakçılarına qarşı görə biləcəyi məcburetmə tədbirləri qanunvericilkdə müəyyən olunub. Onların sırasına fiziki qüvvənin, əl-qolu bağlama vasitələrinin, o cümlədən qandalın tətbiqi, polis əməkdaşının həyat və sağlamlığına təhlükə yaradanlara qarşı dəyənəkdən istifadə və sair aiddir. Bir neçə gün öncə, dekabrın 1-də, paytaxtın Fəvvarələr meydanında keçirilməsinə cəhd göstərilən razılaşdırılmamış aksiya zamanı da polis tərəfində lazımi tədbirlər görülərək, qanunsuz toplantının qarşısı alınıb və iştirakçıları ərazidən uzaqlaşdırılıb. Bu zaman polis aksiyanın keçirildiyi ərazini tərk etməyib tabesizlik və müqavimət göstərən şəxslərə qarşı fiziki qüvvə tətbiq edib. Və tətbiq etdiyi fiziki qüvvə qanunvericilyin yol verdiyi həddə olub.

Tofiq Yaqublu ilə bağlı məsələyə gəldikdə isə onun polis əməkdaşları tərəfindən döyülməsi və ya ona işgəncə verilməsi istisna edilir. Bununla belə qeyd olunmalıdır ki, qanunsuz aksiyanın qarşısı alınarkən, onun müqavimət göstərən iştirakçılarının qolunun burulması, ərazidən kənarlaşdırılması, avtomobilə əyləşdirilməsi zamanı kiminsə, hətta polis əməkdaşlarının özlərinin də qolunda və ya bədəninin başqa bir hissəsində müəyyən xəsarətlər, sıyrıqlar, göyərmələr, şişlər yarana bilər. Bu halda xəsarətlərin səbəblərinin müəyyən edilməsi, eləcə də fiziki qüvvənin, xüsusi vasitələrin tətbiq edildiyi digər xüsusatlarla əlaqədar xidməti yoxlama aparılır və nəticələri üzrə qanunvericiliyə uyğun tədbirlər görülür. Sonuncu qanunsuz aksiya ilə də bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti yoxlama aparılır”, – deyə DİN-dən bildirilib.

  •  (0)
  •  (0)