Tofiq Yaqublu “ölüm aclığı”na başladıbackend

Tofiq Yaqublu “ölüm aclığı”na başladı

“Ya məni həbsdən azad edəcəklər, ya da ki, öldürəcəklər!”

“İndicə atayla görüşdük. Bütün dostlara salam söylədi. Ona dəstək olan hər kəsə minnətdarlığını bildirdi. Bu gün aclığının 2-ci günüdür”.

Bunu Tofiq Yaqublunun qızı Nigar Həzi sosial şəbəkədə yazıb.

O bildirib ki, Tofiq Yaqublu aclıq aksiyasını dayandırmayacağını deyib: “Mən atama aclığı dayandır demədim. Çünki bilirəm ki, bu onun qərarına təsir etməyəcək. Dedi ki, qərarımı heç kim dəyişdirə bilməyəcək. Xahiş edirəm mənə “aclığı dayandırın” çağırışları etməyin. Öldü var, döndü yoxdur! Bu qədər haqsızlığa göz yummayacağam. Ya məni həbsdən azad edəcəklər, ya da ki, öldürəcəklər!”

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində siyasi fəal Tofiq Yaqublunun işi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Məhkəmədə Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya hökm oxunub.

O, 4 il 3 ay müddətində azadlıqdan mərhum edilib. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

  •  (0)
  •  (0)