TIR-da yoxlama zamanı polis gözlərinə inanmadı – FOTObackend

TIR-da yoxlama zamanı polis gözlərinə inanmadı – FOTO

Türkiyənin Samsun şəhərində saxlanılan TIR-da yoxlama zamanı polislər gördükləri mənzərədən heyrətə gəliblər. Belə ki, maşının yük yerindən 161 nəfər aşkar edilib. Onların hamısı istidən, aclıqdan və susuzluqdan taqətsiz halda olublar.

“HaberGlobal”ın məlumatına görə, əksəriyyəti Əfqanıstan və Pakistandan olan miqrantlar iki gündür ac-susuz yol getdiklərini deyiblər.

Onlar həmçinin İŞİD-dən və “Taliban”dan qaçdıqlarını bildiriblər.

Hadisə ilə bağlı istintaq başlanıb. Sürücünün saxlandığı bildirilir.(oxu.az)

 

  •  (2)
  •  (2)