“Tiktok”un məşhur ulduzu faciəvi şəkildə öldü – FOTOLARbackend

“Tiktok”un məşhur ulduzu faciəvi şəkildə öldü – FOTOLAR

“TikTok” platformasının fenomenlərindən biri olan Rocelle Hager qəza nəticəsində faciəvi şəkildə ölüb.
Hokm.az azxeber.com-a istinadən xəbər verir ki, “Rouerboat3” adı ilə TikTok platformasında çox sayda pərəstişkar qazanan gənc fenomenin ölüm xəbəri sosial mediada böyük üzüntü ilə qarşılanıb.
Farmington polisinin verdiyi məlumata görə, şam ağacının böyük bir budağı Roenin hərəkətdə olan avtomobilinin sürücü olan hissəsinə düşüb. Budaq yıxılarkən elektrik xətlərini və elektrik dirəyini də avtomobilin üzərinə atıb.
Özünü qısaca Roe adlandıran gənc sosial media ulduzu TikTok-da tez-tez yayımladığı məzmunlarla ilə diqqət çəkirdi.
Onun ölüm xəbərini dostu Brittanie Lynn verib. Dostlar birlikdə uğurlu videolar çəkərək çox sayda pərəstişkar qazanmışdı. Roe və Brittianie daha çox duetləri ilə məşhur idilər.
  •  (0)
  •  (0)