“TikTok”da kütləvi şəkildə intihar videosu yayılır – FOTObackend

“TikTok”da kütləvi şəkildə intihar videosu yayılır – FOTO

“TikTok” istifadəçiləri bir kişinin intihar görüntülərini kütləvi şəkildə yayırlar.

Hokm.az xəbər verir ki, bu barədə “The Verge” məlumat verib.

İntihar anı əvvəlcə istifadəçinin “Facebook”unda canlı yayımlanıb, bundan sonra “TikTok” istifadəçiləri tərəfindən paylaşılmağa başlanıb.

Videoda amerikalı Ronni Makhatt əks olunub. Missisipinin 33 yaşlı sakini avqustun 31-də intihar edib. O, İraqda xidmətdə olub və “Toyota” zavodunda çalışıb.

Bildirilir ki, şirkət vəziyyətdən xəbərdardır, həmin video və hesabları sürətlə bloklamağa çalışır, lakin məlumat dərc olunmağa davam edir.

  •  (0)
  •  (0)