“Tik-Tok”a görə öldürülən leytenantın gələn ay övladı olacaqdı – AİLƏSİ DANIŞDI – FOTObackend

“Tik-Tok”a görə öldürülən leytenantın gələn ay övladı olacaqdı – AİLƏSİ DANIŞDI – FOTO

“Tik-Tok”a görə öldürülən gənclə bağlı dəhşətli faktlar ortaya çıxıb.

Lent.az-ın məlumatına görə, ötən gün Bakı şəhərində bıçaqlanaraq öldürülən Natiq Ramazanov Zaqatala rayonunun Zəyəm kəndindəndir. O, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

Ailəsindən Lent.az verilən məlumata görə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu olan N.Ramazanov hərbi xidmət vaxtı kursda iştirak edərək leytenant rütbəsi alıb. 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayan ilk günlərdən Natiq könüllü müharibəyə yollanıb. Bölük komandiri kimi döyüşən Natiq Ramazanov Hadrutun, Füzulinin, Cəbrayılın işğaldan azad olunmasında qəhrəmanlıqlar göstərib.

Ailəsinin dediyinə görə, Natiq evli olub. Onun iki yaşlı bir oğlu var imiş.

Ən dəhşətlisi isə odur ki, N.Ramazanovun gələn ay yeni körpəsi dünyaya gələcəkmiş.

O, bu gün Zaqatalada torpağa tapşırılıb.

"Tik-Tok"a görə öldürülən leytenantın gələn ay övladı olacaqdı - AİLƏSİ DANIŞDI - FOTO"Tik-Tok"a görə öldürülən leytenantın gələn ay övladı olacaqdı - AİLƏSİ DANIŞDI - FOTO"Tik-Tok"a görə öldürülən leytenantın gələn ay övladı olacaqdı - AİLƏSİ DANIŞDI - FOTO

 

  •  (0)
  •  (0)