Tibbi maska qalmaqalı dünyanın gündəmini zəbt etdi – ŞOK DETALLAR / FOTOLARbackend

Tibbi maska qalmaqalı dünyanın gündəmini zəbt etdi – ŞOK DETALLAR / FOTOLAR

ABŞ prezidenti Co Baydenin tibbi maskadan istifadə etməsi, Böyük Britaniya kraliçası 2-ci Elizabetin isə tibbi maskadan istifadə etməməsi müzakirə mövzusuna çevrilib.

Hokm.az xəbər verir ki, həm Bayden həm də kraliça peyvəndin 2-ci dozasını qəbul edib. Lakin onların tibbi maska ilə bağlı fərqli mövqelərinin olması müzakirə predmeti olub. Bildirilir ki, 78 yaşlı Bayden yalnız çıxış edərkən maskasını çıxarır. Digər bütün hallarda isə o tibbi maskada olur. Hətta bəzən iki maskanı üst-üstə taxır.

Kraliçə isə ictimaiyyət qarşısında demək olar ki, tibbi maskadan istifadə etmir. Üstəlik Kraliça Baydendən daha yaşlıdır. Onun 94 yaşı var. Yaşlı şəxslərin koronavirusa daha tez təslim olması əslində kraliçanın maska taxmasının daha vacib olduğunu ortaya qoyur. Sosial medianın gündəmini zəbt edən bu suallarla bağlı rəsmi açıqlama verilməyib.Metbuat.az

  •  (0)
  •  (0)