Tibb işçilərini Dağlıq Qarabağda zorakılıqdan qorumaq vacibdir – ÜSTbackend

Tibb işçilərini Dağlıq Qarabağda zorakılıqdan qorumaq vacibdir – ÜST

Tibb işçilərinin COVID-19 pandemiyası ilə bağlı cavab tədbirləri görə bilməsi üçün onları Dağlıq Qarabağda zorakılıqdan qorumaq vacibdir.

Hokm.az bildirir ki, bunu Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat katibi deyib.

Onun sözlərinə görə, ÜST Dağlıq Qarabağda və ətraf ərazilərdə Ermənistanla Azərbaycan arasında davam edən döyüş əməliyyatlarından dərindən narahatdır:

“Biz əvvəlki kimi Dağlıq Qarabağa gedə bilmirik, beynəlxalq təşkilatların hərəkəti isə təhlükəsizliklə əlaqədar məhdudlaşdırılıb. Bu, bizə Dağlıq Qarabağda COVID-19-la bağlı vəziyyəti qiymətləndirməyə çətinlik yaradır”.

Mətbuat katibi əlavə edib ki, münaqişənin pandemiya ilə bağlı vəziyyətə təsiri özünü yoluxanların sayının kəskin artmasında göstərir:

“COVID-19 diqqətin azalmasından, istənilən böhrandan dərhal istifadə edir. Dağlıq Qarabağda COVID-19-la bağlı vəziyyəti yaxşılaşdırmaq üçün ÜST mülki şəxslərə və tibb müəssisələrinə hücumlar etməməyə çağırır. Çalışmaq lazımdır ki, onsuz da yüklənmiş müəssisələr əlavə gərginlik yaşamasın. Xüsusilə də tibb işçilərinin pandemiya ilə mübarizə apara bilməsi üçün onları Dağlıq Qarabağda zorakılıqdan qorumaq vacibdir”.

  •  (0)
  •  (0)