Tibb işçilərinə vaksin məcburi vurulur? – TƏBİB-dən AÇIQLAMAbackend

Tibb işçilərinə vaksin məcburi vurulur? – TƏBİB-dən AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bəzi tibb müəssisələrində çalışan səhiyyə işçilərinin məcburi vaksinasiya olunması ilə bağlı iddialara münasibət bildirib.
TƏBİB-dən bildirilib ki, peyvəndləmə heç bir halda məcburi ola bilməz.
“Ümumilikdə ölkədə aparılan vaksinasiya könüllü və dövlət hesabınadır”, – qurumdan qeyd olunub.
Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən etibarən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin istifadəsinə başlanılıb. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur.
  •  (0)
  •  (0)