İsrail alimləri laboratoriya siçanları üzərində aparılan təcrübənin uğurlu olduğu barədə xəbər yayıblar.Hokm.az-ın Sonxeber.az-a istinadən məlumatına görə, mədəaltı vəzi xərçəngi yeridilən siçanlardan alimlər yaxşı nəticə alıblar. Mütəxəssislər xərçəng hüceyrələrinə “PJ34” molekulu yeridiblər. Tel-Əviv universitetinin alimi, professor Malka Koen-Armon bildirib ki, laboratoriya siçanlarının dərisinin altına xərçəng hüceyrələri və “PJ34” molekulu yeridilib.
Molekulun təsiri nəticəsində xərçəng hüceyrələrinin 90 faizi yoxa çıxıb. Məlum olub ki, sözügedən molekul bədxassəli hüceyrələri məhv edir. “PJ34” xərçəng hüceyrələrini özünü məhv etməyə məcbur edir. Sağlam hüceyrəyə isə heç bir ziyan vurmur.
Alimlər hazırda it və donuzlar üzərində təcrübə aparmağa hazırlaşırlar.
















