“Tezliklə AŞ PA-nın onlayn iclaslarına Şuşa və Xankəndidən qoşulacağam” – Tural Gəncəliyevbackend

“Tezliklə AŞ PA-nın onlayn iclaslarına Şuşa və Xankəndidən qoşulacağam” – Tural Gəncəliyev

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin üzvü Tural Gəncəliyev onlayn-iclaslara Şuşa və Xankəndidən qatılmaq niyyətində olduğunu bildirib.

Hokm.az Trend-ə istinadən bildirir ki, o, bu barədə öz “Twitter” səhifəsində yazıb.

O bildirib: “AŞ PA-nın immiqrasiya komitəsinin iclasında çıxış etdim və erməni təcavüzü və işğalının yaratdığı humanitar fəsadlar barədə danışdım. Tezliklə AŞ PA-nın onlayn-iclaslarına Şuşa və Xankəndidən qoşulacağam! Oradan cari vəziyyət barədə ətraflı danışacağam”.

  •  (0)
  •  (0)