Teymur Rəcəbov Levon Aronyanı məğlub etdi və “Airthings Masters” turnirinin qalibi oldubackend

Teymur Rəcəbov Levon Aronyanı məğlub etdi və “Airthings Masters” turnirinin qalibi oldu

Bu gün “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçı olub.
Hokm.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov finalda erməni rəqibi Levon Aronyanı 4,5:2,5 hesabla məğlub edərək qalib olub.
Rəcəbov Aronyanla birinci partiyada heç-heçə edib, ikinci partiyada qələbə qazanıb. Üçüncü partiyada daha bir heç-heçəyə imza atan şahmatçımız turnirdə birinci yeri tutub.
Qeyd edək ki, T.Rəcəbov dünən keçirilmiş birinci matçda rəqibinə 2,5:1,5 hesabla qalib gəlib.
Xatırladaq ki, “Airthings Masters” turnirinin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran şahmatçımız dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.
Turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib olan Teymur Rəcəbov isə 60 min dollara sahib olub.
  •  (0)
  •  (0)