Texniki nasazlıq koronavirus xəstələrinin ölümünə səbəb oldu – AÇIQLAMAbackend

Texniki nasazlıq koronavirus xəstələrinin ölümünə səbəb oldu – AÇIQLAMA

Rusiyanın Moskva vilayətinin Odintsovo şəhərindəki Nikolskaya xəstəxanasının reanimasiya şöbəsində üç nəfər oksigen verilməsinin kəsilməsi səbəbindən ölüb.

Hokm.az Qazet.az-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, oksigenin verilməsinin dayandırılmasına texniki nasazlıq səbəb olub.

Hüquq-mühafizə orqanlarındakı mənbənin TASS-a verdiyi məlumata görə, oksigen verilməsində kəsinti xəstəxananın COVID bölməsində baş verib. Mənbənin məlumatına görə, nasazlıq səbəbindən nə yanğın, nə partlayış olub. Hazırda faktla bağlı istintaq tədbirləri görülür.

  •  (0)
  •  (1)