Texasda ölənlərin sayı artdıbackend

Texasda ölənlərin sayı artdı

ABŞ-ın Texas ştatının El-Paso şəhərində yerləşən “Walmart” ticarət mərkəzində atışma zamanı ölənlərin sayı artıb.

“Qafqazinfo”  “TASS” agentliyinə istinadən bildirir ki, bu barədə ştatın qubernatoru Qreq Ebbott məlumat verib.

“El-Pasonun 20 günahsız sakini həyatını itirdi. Bundan əlavə, 20 nəfərdən çox insan isə yaralanıb”, – o deyib.

Daha əvvəl on nəfərin öldüyü, azı 30 nəfərin yaralandığı bildirilirdi.

Qeyd edək ki, El-Paso şəhərinin polisi hadisəni törədən şəxsi artıq həbs edib.

Hokm.az

  •  (0)
  •  (0)