Tərxis olunmasına 1 ay qalmış əsgər şəhid oldu – FOTObackend

Tərxis olunmasına 1 ay qalmış əsgər şəhid oldu – FOTO

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu şəhid olub.

Hokm.az xəbər verir ki, bu barədə qafqazinfo-ya Səhman Musayevin yaxınları məlumat verib.

Tərxis olunmasına 1 ay qalmış əsgərin Füzuli istiqamətində minaya düşdüyü bildirilirsə də, əldə etdiyimiz məlumata görə, hərbi qulluqçular arasında minaya düşən olmayıb.

Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.

Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Müdafiə Nazirliyindən isə qafqazinfo-ya bildirilib ki, hadisə ilə bağlı məlumat veriləcək.

  •  (0)
  •  (0)