Tərtərdə eşidilən partlayış səslərinin səbəbi açıqandıbackend

Tərtərdə eşidilən partlayış səslərinin səbəbi açıqandı

“Son həftə ərzində Tərtər istiqamətində eşidilən partlayış səsləri mina partlayışları və ya texnikanın minaya düşməsi ilə bağlı deyildi. Bu partlayışlar Talış və Suqovuşan kəndləri ilə üzbəüz mövqelərdə yerləşən erməni silahlılarına aid mühəndis qurğularının məhv edilməsi ilə bağlı olub”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin bu ərazidə yerləşən bölmələri erməni silahlılarına aid 10-a yaxın döyüş mövqeyini partladaraq məhv ediblər:

“Həmin mövqelərdə xidmət edən erməni silahlılarını isə Ağdərə  istiqamətinə köçürdükləri ehtimal olunur. Erməni silahlılarının tərk etdiyi mövqelərdə isə Rusiya sülhməramlıları özlərinə aid ərazi maşınları ilə patrul xidməti həyata keçirirlər”.

 

 

  •  (0)
  •  (0)