Tərtərdə dəfn zamanı mərmi atıldı: ölənlər varbackend

Tərtərdə dəfn zamanı mərmi atıldı: ölənlər var

Cəbhədə vəziyyət gərgin olaraq qalır.

Hokm.az report.az-a istinadən xəbər verir ki, humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

Oktyabrın 15-i düşmən növbəti dəfə dinc sakinləri hədəfə alıb, ağır artilleriya vasitəsilə rayona top mərmisi atıb.

Ermənilər Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığa dəfn mərasimi zamanı top mərmisi atıb. Nəticədə ilkin məlumatlara görə 3 mülki şəxs ölüb, 3 nəfər yaralanıb. Həmin şəxslərin adları dəqiqləşdirilir.

Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.

  •  (0)
  •  (1)