Böyük Britaniyanın Baş Naziri postundan gedən Tereza Mey vida nitqi ilə çıxış edib.
“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, Mey çıxışında “Baş Nazir olmaq – böyük şərəf idi. Mənə inandığınız və sizə xidmət göstərməyə imkan yaratdığınız üçün minnətdaram” deyib.
Eks-baş nazir bildirib ki, qarşıda görülməli hələ çox iş var. Əsasən də, “Brexit” (Ölkənin Avropa Birliyindən çıxmasını nəzərdə tutan saziş) yaxşı sonluqla nəticələnməlidir.
Tereza Mey yeni Baş nazir Boris Consona uğurlar arzulayıb və həyat yoldaşı Filippə təşəkkürünü bildirib.
Hokm.az
















