Penitensiar Xidmət Tərbiyə Müəssisəsində cəzaçəkən yeniyetmələrin qaçmağa cəhd etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov APA-nın sorğusuna cavab olaraq bildirib ki, bəzi KİV-də yayılan bu məlumatlar həqiqəti əks etdirmir: “Bu məlumatlar təmamilə cəfəngiyyatdır. Nəinki tərbiyə müəssisələrində? heç bir digər müəssisədə belə bir hal olmayıb”.
Qeyd edək ki, bəzi saytlarda, əsasən Türkiyə mediasında Tərbiyə Müəssisəsindən 10-a yaxın məhkumun qaçmağa cəhd etdiyi ilə bağlı xəbərlər yayımlayıb.