Tenderi MMC udubsa, asfaltı niyə dövlət idarəsi çəkir?backend

Tenderi MMC udubsa, asfaltı niyə dövlət idarəsi çəkir?

Tenderi MMC udubsa, asfaltı niyə dövlət idarəsi çəkir?

Zərdabdan şikayət var…

Zərdab rayonu Məlikumudlu kənd sakini Mehdiyev Sarənc Nəsrəddin oğlu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun yaxın qohumu Zərdab Yol İstismarı İdarəsinin müdiri Elman Cəvadi ilə bağlı iddialar səsləndirib.

Hokm.az-ın xəbərinə görə, “Yeni Sabah”a etdiyi müraciətdə o bildirib ki, Zərdab rayonunun mərkəzi küçələrinin asfalt örtüyü ilə təmin olunması üçün keçirilən tenderin qalibi Ağcabədi sakininin adına təsis edilmiş “İnşaat Serviz-2” MMC olub.

Hansı ki, həmin “İnşaat Serviz-2” MMC-nin yolların təmir edilməsi üçün avadanlığı, asfalt zavodu və iqtisadiyyat nazirliyi tərəfindən verilmiş xüsusi lisenziyası yoxdur.

“Qeyd edim ki, tenderin qalibi “İnşaat Serviz-2” MMC olsa da Zərdab şəhər daxili yolları hazırda Zərdab rayon asfalt zavodu aparır. Bu isə açıq-aşkar qanun pozuntusudur ki, Zərdab rayon Yol İstismarı İdarəsinin müdiri Elman Cəvadi edir.

Çünki qanuna əsasən tenderi udmuş MMC özü həyata keçirməlidir. Zərdab rayon Yol İstismarı İdarəsinin bu işləri görməsi tam qanunsuzluqdur. Hazırda Zərdab rayonunun mərkəzi küçələrinə Elman Cəvadinin müdiri olduğu idarə asfalt örtüyü vurur. Əgər bu işləri Zərdab rayon Yol İstismarı İdarəsi görürdüsə, tenderi nə üçün “İnşaat Serviz-2” MMC udub?

Hazırda Zərdab rayon Yol İstismarı İdarəsinin vuduğu asfalt örtüyünün qalınlığı sənəddə 6-7 sm qeyd edilsə də, əslində 2-3 sm-dir ki, bunu adi üsulla ölçmək kifayətdir.Elman Cəvadi bu  əməllərini Saleh Məmmədova arxayın olub edir. Çünki Elman Cəvadi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Əflatun adlı şöbə müdirinin yaxın qohumudur. Əflatun müəllim isə sədr Saleh Məmmədovun qudasıdır. Bu qohumluq əlaqəsi Elman Cəvadiyə qol-qanad verib deyə dövlətin ayırdığı vəsaiti talan edib Zərdabda açıq-aşkar qanun pozuntusu edir”.

S. Mehdiyev məsələ ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə də müraciət etdiyini bildirib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

  •  (0)
  •  (1)