Telman Qasımov: “Cənab Prezident öz sözünün sahibidir, nəyi deyirsə hər zaman yerinə yetirir”backend

Telman Qasımov: “Cənab Prezident öz sözünün sahibidir, nəyi deyirsə hər zaman yerinə yetirir”

“Düşünürəm ki, bundan sonra da  bu istiqamətdə görülən işlər daha da artırılacaq . Cənab Prezidentin   həmin mərasimdə iştirak etməsini çox müsbət qarşılayıram. Bu çox ürəkaçan bir haldır.”

Hokm.az bildirir ki , bu fikirləri Olaylar.az-a Prezident İlham Əliyevin  avqustun 26-sında  Abşeron rayonunda şəhid ailələri, müharibə əlilləri və  Vətən müharibəsi  qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışı ilə əlaqədar fikirlərini bildirən siyasi ekspert Telman Qasımov deyib:

“Cari ilin avqustun 26-da Cənab Prezident Şəhid ailələrinə və qazilərimizə  mənzillərin təqdimolunma mərasimində iştirak etdi. Təbii ki, bu  mərasim ilk deyil. Ardıcıl olaraq dövlət proqramı kimi, həyata keçirilir. Dəfələrlə Şəhid ailələrinə və qazilərə evlərin təqdim olunması mərasimi keçirilib. Onlar daim dövlətin diqqət mərkəzindədir. Cənab Prezident bütün çıxışlarında dəfələrlə bunu vurğulayıb ki, dövlətin vacib layihələrindən biri də budur ki, şəhid ailələri və qazilərimizi  mənzil və avtomobillərlə təmin etsin. Pandemiyanı nəzərə alsaq məhz bu sahədə bizdə heç bir zaman axsama olmayacaq. Bacardığımız qədər büdcədən imkan tapıb, şəhid ailələri və qazilərimizin sosial məsələlərinin yaxşılaşdırılması uğrunda  layihələri dayandırmayacağıq. Cənab prezident nə  deyirsə , öz sözü üstündə durur və bunu ardıcıl olaraq həyata keçirir. Təbii ki mən də bir vətəndaş kimi   şəhid ailələrinə, qazilərimizə qarşı diqqətli olmağın tərəfdarıyam. Mənə görə çox sevindirici bir haldır. Şəhid ailələri və qazilərimiz daim diqqət mərkəzində olmalıdır. Bu diqqətin özü böyük bir simvoldur, xeyir işdir. Dövlətin qayğısı varsa, şəhidinə, qazisinə qiymət verirsə, onlar vətəni daha da çox sevməlidir. Sabah yenidən əgər müharibə vəziyyəti yaranarsa , canla -başla döyüşdə iştirak etmək istəyirlər. Bu cür qayğı və dəstək hər zaman xalqımızın ruh yüksəkliyini daha da artırır və möhkəmləndirir.

Ona görə də mən bu formatda layihələrin həyata keçirilməsinin tərəfdarıyam. Düşünürəm ki, bundan sonra da  bu istiqamətdə görülən işlər daha da artırılacaq . Cənab Prezidentin,  xüsusən də həmin mərasimdə iştirak etməsini çox müsbət qarşılayıram. Bu çox ürəkaçan bir haldır. Büdcəmizin maliyyəsi artıqca  sosial baxımdan aşağı  səviyyədə olan vətəndaşlarımıza, alimlərimizə  dəstək olunacaq. Cənab Prezident öz sözünün sahibidir, nəyi deyirsə hər zaman  yerinə yetirir. Buna görə də Cənab Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.”

  •  (0)
  •  (0)