Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur – VİDEObackend

Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur – VİDEO

Əməliyyat-taktiki təlimlərində plana uyğun olaraq qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində xəritələr üzərinə işlənilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır.

Ehtiyatda və mərkəzi tabelikdə olan birləşmələrin səhra idarəetmə məntəqələri təyin olunmuş rayonlara çıxarılır.

  •  (0)
  •  (0)