Telefonların qeydiyyat rüsumu ləğv edilib? – AÇIQLAMAbackend

Telefonların qeydiyyat rüsumu ləğv edilib? – AÇIQLAMA

“Rüsum ləğv edilməyib. Xeyli müddətdir ki, bu məsələ qanunla tənzimlənir. Bu baxımdan Nazirlər Kabinetinin bu sahəni tənzimləyən qərarı ləğv edilib”.

Hokm.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz mobil telefonların qeydiyyat rüsumunun ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ləğv olunan qərarda telefonun modelindən asılı olaraq müəyyən olunan rüsumlar indi “Dövlət rüsumu haqqında” qanunda öz əksini tapıb.

“Əvvəllər mobil telefonların qeydiyyat rüsumundan  əldə olunan vəsaitin 30%-i Prezident Administrasiyasında,  Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işçilərinin  sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə Nazirliyin mobil cihazların qeydiyyatı sistemini saxlamaq üçün istifadə edilirdi.

Bununla bağlı çox yazılıb. Bu məsələni tənzimləyən sənədlərin bir hissəsi də adı çəkilən qanunun qəbulundan sonra ləğv edilib”.

  •  (0)
  •  (0)