Tələbələrin universitetə girişi belə tənzimlənəcəkbackend

Tələbələrin universitetə girişi belə tənzimlənəcək

“Əyani tədrisə başlayacaq təhsil müəssisələrindəki monitorinq qruplarına Daxili İşlər Nazirliyinin əməkdaşları ilə yanaşı Təhsil Nazirliyinin və yerli icra hakimiyyəti orqanın nümayəndələri də cəlb olunacaq”.

 

Hokm.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, monitorinq qrupları həmin müəssisələrdə qəfləti monitorinqlər həyata keçirəcəklər. Əgər kimsə yoxlayıcını yayındırıb daxil olubsa, məsuliyyət həmin şəxsin üzərinə düşməyəcək: “Təhsil müəssisələrində əyani tədrisə cəlb olunan 18 yaşından yuxarı tələbələr universitet yoxlamadan keçmədən daxil olarsa, onların inzibati məsuliyyətə cəlb olunması nəzərdə tutulmur. Bu hallarda təhsil müəssisəsi rəhbərliyi və yoxlayıcılar məsuliyyət daşıyacaq”.

  •  (0)
  •  (0)