Təhsil Nazirliyinin “sevimli” şirkətibackend

Təhsil Nazirliyinin “sevimli” şirkəti

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin bu il iyun və avqust aylarında nəticəsini elan etdiyi 27 açıq tenderdən 10-nun qalibi “Sosial İnkişaf Layihə” MMC olub.

Hokm.az xəbər verir ki, “Report”un apardığı araşdırma nəticəsində məlum olub.

Bununla da nazirliyin cəmi 10 manat nizamnamə kapitalına malik “sevimli” şirkətinə 1 407 460 manatlıq sifariş verilib.

Tender qaliblərinin siyahısında 2-ci yeri Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Kommunal Layihələndirmə İnstitutut (“Azkommunallayihə”) tutub. Bu quruma ümumi dəyəri 547 870 manat olan 5 tender verilib.

Hesabat dövründə Dövlət Baş Layihə İnstitutu (“Azərdövlətlayihə”) isə 4 tender ala bilib. Onların ümimi dəyəri 412 690 manatdır.

Digər 8 tenderin qalibləri isə “Qala Express” (1 tender), “ALR İnvest” (1 tender), “Bimd” (2 tender), “Ay Konsaltinq LTD” (1 tender), “HH Architects” (2 tender) və “Feniks-AA” (1 tender) MMC-lər olub. Bu şirkətlərin satınalmalarının ümumi dəyəri 1 113 897 manat təşkil edib.

  •  (0)
  •  (0)