Rüstəm İsmayılbəyli barəsində Nətimanov rayon məhkəməsi 15 sutka həbs qəti imkan tədbiri seçib. O, İnzibati Xətalar Məcəlləsinin 535,1 (polis əməkdaşının qanuni tələbinə qəsdəntabe olmamaq) və 211-ci (karantin rejimi qaydalarının pozulması) maddələri ilə ittiham olunub.
Rüstəm İsmayılbəyli məhkəmədə aclıq aksiyası keçirəcəyini bildirib.
__________
18.02
Anews.az xəbər verir ki, aksiya zamanı saxlanılan 7 nəfərdən 6 -ı sərbəst buraxılıb. Onlardan altı nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokol tərtib olunub, bir nəfər barədə toplanmış materiallar rayon məhkəməsinə göndərilib.
Sərbəst buraxılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinib. Onlardan üçü hər biri 100 manat, qalan ikisi isə – 200 manat həcmində olmaqla cərimə olunub.
Bu gün bir qrup gənc müvafiq icra hakimiyyəti ilə razılaşdırmadan aksiya keçirməyə cəhd göstərib. Məqsəd universitetlərdə ödənişlərin karantın rejiminin tətbiqi ilə əlaqədar ləğv edilməsinə nail olmaq idi.