Təhsil Nazirliyindən YENİLİK: “Dərs vaxtı” proqramında “Virtual məktəb” dərsləri – FOTObackend

Təhsil Nazirliyindən YENİLİK: “Dərs vaxtı” proqramında “Virtual məktəb” dərsləri – FOTO

Növbəti həftədən etibarən “Dərs vaxtı” proqramında “Virtual məktəb” dərslərinin yayımına start veriləcək.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Dərslərdə “Virtual məktəb”lə bağlı müraciətlər təhlil edilərək, ən çox verilən suallar cavablandırılacaq və platformadan səmərəli istifadə ilə bağlı təlimatlar təqdim olunacaq.

Həftədə iki dəfə yayımlanacaq dərslərin efir vaxtı ilə “Dərs vaxtı” proqramının gündəlik yayımlanan cədvəlində tanış ola bilərsiniz.

  •  (1)
  •  (0)