Təhsil Nazirliyi şagirdlər üçün COVID-19-la bağlı şeir hazırladıbackend

Təhsil Nazirliyi şagirdlər üçün COVID-19-la bağlı şeir hazırladı

Təhsil Nazirliyi yeni tədris ilində məktəbli uşaqların COVID-19-la mübarizəsinə həsr olunan şeir hazırlayıb.
Hokm.az “Dostlar, diqqətli olun” adlı şeirin mətnini təqdim edir:
“Dostlar, diqqətli olun!
Virusu qorxutmağın
Yolunu sizə deyim:
Əllərimi sabunla
Yaxşıca yuyuram mən,
Dərsdə, tənəffüsdə də,
Spirtləyib silirəm.
Üzümə toxunmuram,
Gözlərimi ovmuram,
Qapının dəstəyinə,
Dostumun kitabına,
Dəftər-qələminə
Əllərimi vurmuram!
Oynasaq, sevinsək də,
Danışsaq da, gülsək də.
İki addım ara var
Həmişə aramızda.
Soruşun, deyim, niyə?
Çünki belə edəndə
Həm özümü, həm sizi
Düşünüb qoruyuram,
Virusu da qovuram!
  •  (0)
  •  (0)