Bu gün Təhsil Nazirliyilə Odlar Yurdu Universiteti arasında tender müqaviləsi imzalanıb.
Hokm.az Yeniavaz.com-a istinadən xəbər verir ki, müqavilənin ümumi dəyəri 431 min 585 manat təşkil edir. Təhsil Nazirliyi bu vəsaiti Odlar Yurdu Universitetinə “Dövlət ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin əlavə təhsil üzrə təlimlərinsatın alınması” məqəsdilə ödəyəcək.
Məlumat üçün bildirək ki, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov, ev 13 olan Odlar Yurdu Universiteti 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Universitetin qanuni təmsilçisi Vəliyev Əhməd Abdulkərim oğludur.
Qeyd edək ki, Əhməd Vəliyev 2005-2015-ci illər ərzində millət vəkili olub. Fizika-riyaziyyat elmləri doktorudur. 1990-97-ci illərdə Bakı Sənaye-Pedaqoji texnikumunun direktoru vəzifəsində çalışıb. 1995-ci ildə direktoru olduğu texnikumun bazasında Odlar Yurdu Universitetini yaradıb.
















