Təhsil nazirinin müavini işdən niyə çıxarılıb? – SƏBƏB AÇIQLANDIbackend

Təhsil nazirinin müavini işdən niyə çıxarılıb? – SƏBƏB AÇIQLANDI

Təhsil Nazirliyi nazir müavini Məhəbbət Vəliyevanın işdən çıxma səbəbini açıqlayıb.

Nazirlikdən  cavab olaraq bildirilib ki, Məhəbbət Vəliyeva 2020-ci ilin dekabrın 25-də öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb.

  •  (0)
  •  (0)