Təhsil naziri bu direktorları işdən çıxardıbackend

Təhsil naziri bu direktorları işdən çıxardı

Təhsil Nazirliyi bir neçə təhsil işçisi barədə intizam tənbeh tədbirinin görülməsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən Hokm.az-a verilən məlumata görə, təhsil nazirinin müvafiq əmrinə əsasən, 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində  araşdırma aparılıb. Araşdırma zamanı bir sıra ciddi nöqsanlar aşkar edilib, yol verdiyi nöqsanlara görə 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Məhərrəmov Raqub Ərşad oğlu işdən azad edilib, Salyan Rayon Təhsil Şöbəsinin müdiri Piriyev Xudaverdi Əliyusif oğluna əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına və rayonun ümumi təhsil müəssisələrinin işinə zəif nəzarət etdiyinə görə töhmət verilib.
  •  (1)
  •  (0)