Təhlükəli bağlamalar peyda olub – EHTİYATLI OLUNbackend

Təhlükəli bağlamalar peyda olub – EHTİYATLI OLUN

Yeni ilin gəlməsinə sayılı günlər qalıb.

Bayramın gəlişi ilə əlaqədar mağazalarda da ciddi aktivlik müşahidə olunmaqdadır.

Hətta övladları, valideynləri, qohum-əqrəbaları üçün indidən hədiyyə alanlar da az deyil.

Yeni ildə hədiyyə yolu gözləyən heç şübhəsiz uşaqlar olur. Tələbin çox olduğunu görən satıcılar isə bu vəziyyətdən istifadə edərək mallarından daha çox gəlir əldə etməyə çalışırlar. Lakin qiymət yüksək olsa da, məhsulun keyfiyyəti elə də böyük rol oynamır.

Maraqlıdır, Yeni il “palatka”larında hədiyylərin keyfiyyəti nəzarət edilirmi?

Hokm.az xəbər verir ki, məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, hazırda hədiyyələrə heç kim nəzarət etmir:

“Bazardakı məhsulların təhlükəsizliyinə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarət var. Lakin məhsulların keyfiyyətinə nəzarət yox dərəcəsindədir. AQTA yalnız bunun insanı öldürüb-öldürməyəcəyinə nəzarət edir. İki il öncə istehlakçı hüququnun qorunmasına dair ayrıca əlahiddə dövlət orqanının yaradılması barədə ölkə prezidentinin fərman imzalamasına baxmayaraq, Nazirlər Kabineti hələ də tədbir görmür. Belə bir qurumun yaradılmasına start verilməyib. Ona görə də keyfiyyətdə problem var. Hər il vaxtı keçmiş şokoladları, vafliləri Yeni il şənliklərində istifadə edirlər. Vəziyyət heç də yaxşı deyil. Hədiyyələrə heç kim nəzarət etmir”.

  •  (0)
  •  (0)