TƏBİB: “Xəstələrin yarısı dərmanlardan düzgün istifadə etmirlər”backend

TƏBİB: “Xəstələrin yarısı dərmanlardan düzgün istifadə etmirlər”

“Antibiotiklər bakteriyaların səbəb olduğu infeksional xəstəliklərin müalicəsi üçün ən vacib silahdır. Ümumdünya Səhiyyə Təşkilatının təxminlərinə görə, dərman vasitələrinin 50 %-dən uyğun olmayan qaydada reseptdə yazılır, buraxılır və ya satılır”.

Hokm.az xəbər verir ki, bu fikirləri TƏBİB-in Dərman və Tibb Vasitələri departamentinin rəhbəri Elmin Quliyev “Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsi”nə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

O bildirir ki, bütün xəstələrin yarısı dərman vasitələrini düzgün qaydada istifadə etmirlər:

“Bu sahədə TƏBİB tərəfindən dərman vasitələrin rasional istifadəsi üzrə ekspert komissiyası yaradılıb. Bu komissiya tərəfindən müvafiq monitorinqlər aparılır. Eyni zamanda TƏBİB tərəfindən yaradılan “Elektron resept”, “Dərman izləmə” istiqamətləri bu problemin həlli üçün çıxış yolları ola bilər”, – deyə E.Quliyev qeyd edib.

  •  (1)
  •  (0)