TƏBİB Qadir İbrahimli ilə bağlı məlumat yaydı – YENİLƏNDİbackend

TƏBİB Qadir İbrahimli ilə bağlı məlumat yaydı – YENİLƏNDİ

TƏBİB-dən verilən məlumata görə, jurnalist Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir və həkimlərin ciddi müşahidəsi altındadır.

 

***

12:03

 

Azərbaycanın tanınmış jurnalisti Qadir İbrahimlinin səhhətində problem yaranıb.

R.Kərimoğlu bildirib ki, Q.İbrahimli mayın 18-də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: “Koronavirusa yoluxduqdan sonra səhhətində problem yarandı. Onun qara ciyərində də problem var. Bildiyim qədərilə, şəkəri də var”.

  •  (0)
  •  (0)