TƏBİB məlumat verdibackend

TƏBİB məlumat verdi

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 3 630 nəfər test edilib.

TƏBİB-dən Hokm.az-a verilən məlumata görə, indiyədək ölkədə 1 013 108 nəfər koronavirusa qarşı test edilib.

Son bir sutkada ölkədə 76 yeni yoluxma, 2 ölüm qeydə alınıb.

Qeyd edək ki, indiyədək ölkəmizdə 38 403 nəfər virusa yoluxub, 564 nəfər ölüb, 35 860 nəfər isə sağalıb. Son sutka ərzində 104 nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 2 979 nəfərdir.

Məlumata görə, hazırda reanimasiyada 115 nəfər müalicə alır, 12 nəfər isə süni tənəffüs cihazına qoşulub.

  •  (0)
  •  (0)