“TƏBİB-i hərləmirəm” – Tibb bacısı peyvənd vurdurmaq istəyənləri TƏHQİR ETDİ (VİDEO)backend

“TƏBİB-i hərləmirəm” – Tibb bacısı peyvənd vurdurmaq istəyənləri TƏHQİR ETDİ (VİDEO)

Paytaxtın Yasamal rayonunda yerləşən 16 saylı Şəhər Poliklinikasının  tibb bacısı peyvənd vurdurmaq istəyən vətəndaşları təhqir edib.  

Hokm.az xəbər verir ki, koronavirus əleyhinə vaksin vurdurmağa gələn vətəndaşlar onlayn növbə götürməsinə baxmayaraq, saatlarla gözləyiblər. Bu haqlı olaraq, paytaxt sakinlərinin narazılığına səbəb olub. Tibb  bacısına müraciət edən şəxslər, deyilən vaxtda vaksinlərinin vurulmasını tələb ediblər.

Bu zaman tibb bacısı “TƏBİB-i hərləmirəm, burda  növbəni  mən verirəm”, -deyə  cavab verib. Tibb bacısının bu görüntüləri sosial mediada qınaq obyektinə çevrilib.  Unikal.org

 

  •  (0)
  •  (2)