TƏBİB-dən ŞAD XƏBƏR: Bu gün sıfıra endibackend

TƏBİB-dən ŞAD XƏBƏR: Bu gün sıfıra endi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 20-nə olan statistik göstəriciləri açıqlayıb.

Hokm.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6 174 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 855 802 test aparılıb. Onlardan 34 759-nun cavabı pozitiv çıxıb. İndiyədək 510 nəfər COVID-19-dan dünyasını dəyişib, 32 511 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1 738 əfərdir. 179 nəfər reanimasiyada, 24 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 139 yoluxma faktı qeydə alınıb, 0 nəfər dünyasını dəyişib, 148 pasiyent sağalıb.

  •  (0)
  •  (0)