TƏBİB-dən DAHA BİR AÇIQLAMAbackend

TƏBİB-dən DAHA BİR AÇIQLAMA

TƏBİB-dən DAHA BİR AÇIQLAMA…..

Hokm.az modern.az-a istinadla xəbər verir ki, ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirus yoluxmuş həkimlərin 90 faizinin sağaldığını bildirdi.

 

Maraqlıdır, yerdə qalan 10 faizin hazırki durumu necədir? Həkimlərimiz harda müalicə alır?

Məsələ ilə bağlı danışan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, virusa yoluxmuş həkimlərin vəziyyəti stabildir:

“Koronavirusa yoluxan həkimlərimizin vəziyyəti stabildir. Hazırda xüsusi rejimli müəssisələrdə müalicə alırlar”- deyə qurum rəsmisi qeyd edib.

 

Xatırladaq ki, hazırkı dövrədək Azərbaycanda 1 766 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 267 nəfər müalicə olunaraq sağalıb, 23 nəfər vəfat edib, 476 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

  •  (0)
  •  (1)