Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Azərbaycana başsağlığı veribbackend

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Azərbaycana başsağlığı verib

Prezident Ersin Tatar helikopter qəzasında həyatını itirənlərə görə Azərbaycan xalqına başsağlığı verib.

Hokm.az xəbər verir ki, yayımladığı mesajda Tatar “Özüm və dövlətim adından Azərbaycan xalqına və Azərbaycan hökumətinə başsağlığı və səbr diləyirəm” deyib.

Prezident Tatar 14 soydaşımızın ölüm xəbərinin böyük kədərə səbəb olduğunu ifadə edərək, “Bu faciəvi qəzada həyatını itirən Azərbaycanlı qardaşlarımıza Allah rəhmət eləsin; Onların kədərli ailələrinə, əziz Azərbaycan xalqına və Azərbaycan hökumətinə öz adımdan və dövlətim adından başsağlığı verir, səbr diləyirəm”.

  •  (0)
  •  (0)