Tarixi Zəfərimizi şərtləndirən amillərbackend

Tarixi Zəfərimizi şərtləndirən amillər

Azərbaycan tarixinə 44 günlük Vətən müharibəsi kimi daxil olan və böyük, Şanlı Zəfərlə yekunlaşan torpaqlarımızın yağı düşməndən azad edilməsi əməliyyatlarındakı qələbəmizi dərindən analiz edərkən, onu şərtləndirən amillər ilk öncə göz önünə gəlir.

Bəli 30 ilə yaxın əzəli və əbədi torpaqlarımızda qanunsuz möhkəmlənməyə çalışan, “Ohanyan səddi” quran düşmən bu yerlərdən elə-belə çəkilmək niyyətində olmadığını danışıqlar masasında aydın nümayiş etdirir, hətda beynəlxalq hüququn bütün normalarını açıq-aydın pozmaqda davam etdirirdi. Əksinə ölkəmiz bu mənada hansı işləri görürdü. Son ana qədər beynəlxalq hüquqa hörmətlə yanaşır, məsələnin qan-qadasız həllinin tərəfdarı olduğunu nümayiş etdirirdi. Bəli həyata keçirilən düzgün siyasət, gələcəyə hesablanmış ağıllı, düşünülmüş strategiya tarixi Qələbəmizi şərtləndirdi. Qələbəni şərtəndirən amillər cərgəsində təkmil siyasi idarəetmə, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, prinsipial siyasəti nəticəsində daxili və xarici siyasətdə böyük uğurlar əldə edilməsi, 2003-cü ildən başlayaraq həyata keçirilən iqtisadi siyasət nəticəsində güclü iqtisadi potensialın formalaşdırılması, güclü və müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik ordunun yaradılmasını qeyd etməliyik. Eyni zamanda qısa zamanda çevik şəkildə bütün resursların səfərbər edilməsi, vahid məqsədə istiqamətləndirilməsi və ölkədə xalq-iqtidar birliyinin milli həmrəyliyin yaradılması qələbəmizi şərtləndirdi. Dövlət başçımız Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində 44 günlük Vətən müharibəsi ilə bağlı çoxsaylı sualları cavablandırarkən, qələbəni şərtləndirən səbəblərdən geniş bəhs etdi, hərbi əməliyyatlarla bağlı bir sıra detalları açıqladı. Bu müsahibədə açıqlanan məqamlar Azərbaycan Prezidentinin mahir strateq olduğunu dünyaya bir daha nümayiş etdirdi. Dünya gördü ki, 44 günlük Vətən müharibəsində Azərbaycan düşmənin heç bir təxribatına uymadı, Ermənistanın yaşayış məntəqələrimizi və dinc əhalimizi atəşə tutmasını, insanlıq əleyhinə etdiyi cinayətlərə qarşı əks tədbiri döyüş meydanında gördü. Heç bir mülki obyekt ordumuz tərəfindən hədəfə alınmadı. Tarixinə, soyuna uyğun, qəhrəmanlıq, igidlik, şücaət nümayiş etdirdi. Bəli, müasir dövrdə etiraf edilir ki, bu tipli müharibələri ancaq Azərbaycan kimi güclü dövlətlər apara bilər. Lokal xarakterli döyüşlərdə artıq heç bir hərbi texnika köməyə çatmır. Bunu ən müasir hərbi analiz mərkəzləri də etiraf edir. Əlbəttə ki, Şuşa əməliyyatı bir dərslik, bir dastandır. Onun hər bir detalı illərlə öyrənilməlidir. Bu əməliyyatda iştirak edən hər bir döyüşçü əsl mübarizlik nümayiş etdirib. Cənab Prezident müsahibəsində erməni tərəfinin sarsıdıcı məğlubiyyətdən dərs götürməsini, bundan sonra ancaq dinc şəkildə yaşamağın mümkünlüyünü bildirmişdir. Müharibənin labüdlüyü yalnız Ermənistanın səhv siyasətinin nəticəsi idi. İndi artıq regionda yeni reallıqlar formalaşıb. Yeni geosiyasi vəziyyət tələb edir ki, Ermənistan kimi məhv olmaq dərəcəsinə gəlmiş ölkələrin mövcudluğu ancaq qonşuları ilə normal münasibətlər çərçivəsində mümkündür. Cənab Prezident bütün fikirlərində Azərbaycanın dialoqa, qarşılıqlı, təmaslara, normal qonşuluq siyasətinə açıq olduğunu aydın şəkildə nümayiş etdirir. Bundan da, əlbəttə ki, qarşı tərəf ya yararlanmalıdır, yada məhv olmalıdır.

Ayşən Məmmədova Neftçala rayon gənci

  •  (2)
  •  (1)