“Tarixi faktlar sübut edir ki, Ermənistan təcavüzkar və bir terror dövlətidir”backend

“Tarixi faktlar sübut edir ki, Ermənistan təcavüzkar və bir terror dövlətidir”

Naftalan ziyalısı Möhübbət Bədəlov
Cənab Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı idmançılarla görüşündə qondarma “Dağlıq Qarabağ” xunta rejimində 31 martda keçirilən prezident və parlament, 14 apreldə keçirilən prezident seşkilərinin 2-ci turu ilə baqlı olduqca vacib məqamlara diqqət yetirmişdir.
Ermənistan-Azərbaycan “Dağlıq Qarabağ” münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib.
Təcavüzkar Ermənistan dövləti və “Dağlıq Qarabağ”dakı separatçı rejim işğal altındakı ərazilərdə qondarma “seçkilər” təşkil edərkən Azərbaycan tərəfi başda olmaqla dünya ictimaiyyətinin də bu məsələyə kəskin etiraz edəcəyini yaxşı bilirdilər. Bu halda, Azərbaycanın işğal altındakı ərazilərində qondarma “seçki” düzəltmək siyasi şoudan başqa bir şey deyildi.
Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yeni bir pozuntu təşkil edən bu qanunsuz seçkilər heç bir beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmayıb. Kimin hansı münasibətdə olmasından asılı olmayaraq, Ermənistan tərəfindən “seçkilər” adı verilən bu hadisə beynəlxalq hüquqa, insan haqlarına, dövlətlərin ərazi bütövlüyü prinsiplərinə kəskin şəkildə ziddir. Məlum olduğu kimi, bu “seçki” şousu artıq qətiyyətlə qınanılır. Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər, nüfuzlu KİV-lər və görkəmli şəxsiyyətlər bu “seçkiləri” məqsədli təxribat, Qafqazda sülh və sabitliyə yönəldilən məsuliyyətsiz siyasi addım, münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı ciddi əngəl, beynəlxalq hüquq normalarına təhdid kimi dəyərləndirirlər.
Gürcüstan XİN:”Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 31 mart 2020-ci ildə “Dağlıq Qarabağ”da keçirilmiş qondarma “prezident və parlament seçkiləri”ni tanımır. Gürcüstan “Dağlıq Qarabağ” münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir”.
Bu qanunsuz hərəkət bir daha sübut edir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllinə maraqlı deyil, status-kvonu uzatmağa çalışır. İşğalçı dövlət yalnız imitasiya etməklə məşğuldur. Azərbaycan dövləti rəsmi olaraq bu məsələyə münasibətini bildirib. Eləcə də, bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, ATƏT-in Minsk qrupunun həmsədrləri bu “seçkiləri” qanunsuz hesab edib və onun nəticələrini tanımadıqlarını bəyan ediblər. Bu, o deməkdir ki, beynəlxalq birlik işğal olunmuş “Dağlıq Qarabağ” bölgəsində keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir və pisləyirlər.
Ermənistan tərəfi əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə işğala son qoymalı, münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir.
ÜST rəhbərliyi sülhsevər dünya ictimaiyyətinə yeni növ koronavirusa qarşı birgə mübarizə çağırışı etdiyi halda, Ermənistan hakimiyyəti kütləvi yoluxma üçün münbit şərait yaradır. Heç şübhəsiz ki, həmişəki kimi ermənilər haray salıb dünya ictimaiyyətindən koronavirusla mübarizə adı altında ianə dilənməyə başlayacaqlar. Bir sözlə, öz xalqının sağlamlığını qorumaq əvəzinə “Dağlıq Qarabağ”da qondarma seçkilər şousu düzəltmək təcavüzkar tərəfin siyasi riyakarlığından başqa bir şey deyil.
Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının və mayın 4-də Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşləri keçirilib. Qeyd olunmalıdır ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunan Zirvə görüşünü keçirib. Qoşulmama Hərəkatının zirvə görüşündə dünyanın dörd bir yanından 40-dan çox
ölkənin dövlət və hökumət başçıları və xarici işlər nazirləri iştirak ediblər ki, bu da bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın yüksək göstəricisidir. Eyni zamanda, Azərbaycan pandemiya dövründə 30-dan çox beynəlxalq təşkilata və dövlətə maliyyə və humanitar yardım edib.
Dövlətimizin başçısı vurğulayıb ki, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvləri zaman-zaman Azərbaycana qarşı nifrət dolu çıxışlar edir, ölkəmizi tamamilə qəbulolunmaz formada ittiham edirlər. AŞPA-nın 2020-ci ilin yanvarında keçirilmiş qış sessiyasında Qaregin Njdenin əli yüzlərlə günahsız insanların qanına batmış və faşistlərlə əməkdaşlıq etmiş Ermənistanın bir deputatı Azərbaycanı faşizm ilə əlaqələndirmişdir. Təəssüf doğuran fakt odur ki, bu kimi hallara AŞPA rəhbərliyi tərəfindən məsələyə vaxtında və adekvat reaksiya verilmir. AŞPA nə üçün Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüzminlərlə azərbaycanlının taleyinə biganə qalır. AŞPA-da 2005-ci ildə qəbul edilmiş “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416 (2005) saylı qətnamə çox yüksək əhəmiyyətə malik sənəddir. Bu sənəddən irəli gələrək, yaradılmılş Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırmışdır. Bu xüsusda, AŞPA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olmamışıq. Azərbaycanda məişət zəminində baş vermiş ürək getməsinə belə reaksiya verən AŞPA, maraqlıdır nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir.
Mən bu yaxınlarda demişəm, biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin. Mən demişəm ki, Qarabağ Azərbaycandır və bir daha bunu təkrarlamaq istəyirəm: Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün Azərbaycan ictimaiyyəti, xalqımız bu mövqeyi dəstəkləyir. Mənim apardığım siyasəti, o cümlədən bu məsələ ilə bağlı apardığım siyasəti dəstəkləyir.azxeber
  •  (3)
  •  (0)