Tarixi ədalətin bərpasıbackend

Tarixi ədalətin bərpası

YAP-ın VII qurultayında partiyanın sədri İlham Əliyevin gündəmə gətirdiyi məsələlərdən biri də ölkəmizin milli maraqlarının təmin olunması sahəsində görülən işlər idi. Məlumdur ki, ölkəmizin regional imkanları hər il artmaqda davam edir. Yürüdülən enerji və nəqliyyat siyasəti, nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxartdı, həmçinin, bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını gündəmə gətirdi. Azərbaycanın bu layihələrinə qoşulan ölkələrin sayı artmaqdadır.

Dövlətin milli maraqları nəzərə alınmaq şərti ilə, gələcəyi elə planlaşdırılmalıdır ki, uzunmüddətli dayanıqlı inkişafı təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti və təsir imkanları artsın. Azərbaycan xalqı öz dədə-baba torpaqlarında təhlükəsizlik şəraitində yaşaya bilsin. Ölkəmiz demokratiya yolunda uğurlu addımlar atır. Ölkədə bütün sahələrdə islahatlar həyata keçirilir. Həmin islahatların nəticələri gündəlik həyatımızda, ölkəmizin iqtisadi göstəricilərində və sosial sahədə əldə edilmiş nailiyyətlərdə özünü göstərir.

Vətən Müharibəsi dövründə ölkıəmizin kimsənin yardımına ehtiyacı olmadı və bütün məsələləri dövlətimiz öz imkanları daxilində həll etdi. Azərbaycan göstərdi ki, artıq iqtisadi müstəqilliyimiz kifayət qədər təmin olunub. Bu gün dünyada qəbul olunmuş istənilən meyarlar və parametrlər üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə isə istər xarici borc baxımından, istərsə iqtisadi artım baxımından və istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından dünyada ən qabaqcıl yerlərdən birini tuturuq. Ölkədə daxili sabitliyin yüksək olması investisiyaların axınına təkan vermişdir.  “Doing Business” proqramında Azərbaycan yaxşı yerlərdən birini tutur.
Müstəqilliyin ilk illərində hakimiyyət çəkişmələri, milli qarşıdurmalar və idarəçilik sahəsindəki özbaşınlıqlar çox ciddi probləmlərə səbəb olmuşdur.  Cəmiyyətdə hökm sürən total apatiya, ümidsizlik, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması gənc və müstəqil Azərbaycanda gərgin sosial-siyasi vəziyyət yaratmışdır. Torpaqlarımız işğal olunmuş, ərazi bütövlüyümüz pozulmuş, Ermənistandan 300 mindən çox azərbaycanlı, Dağlıq Qarabağdan isə bütün azərbaycanlılar qovulmuşdur.

Bütün bu sadalananların ağır nəticəsini Müzəffər Ali Baş Komandanın İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu şərəflə aradan qaldırmış, Ermənistan ordusunu darmadağın etmişdir. Artıq tarixi ədalət bərpa olunmuş, Azərbaycan öz ərazi bütövlüyünü əldə etmiş, işğalçıları əzəli torpaqlarımızdan qovulmuşdur. Bu qələbənin qazanılmasında vətənpərvər Azərbaycan gənclərinin böyük rolu olmuşdur. Ümumilikdə bütün nəsillərin nümayəndələrinin birgə uğurlu fəaliyyəti qələbəmizi qaçılmaz etmişdir.

Azərbaycanın beynəlxalq məsələlərdə əsas prioritetləri yalnız milli maraqlarla müəyyən olunur. Ölkəmiz elə bir siyasi gücə mailikdir ki, istənilən vaxt Azərbaycan köklü surətdə bölgədə siyasi vəxiyyəti köklü surətdə dəyişməyə qadirdir. Lakin biz sülh siyasəti yürüdərək, başqa ölkələrlə də normal münasibətlər qurduq. Ölkəmizin hər hansı bir ölkə ilə hansısa problemi yoxdur. Azərbaycan Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşudur və bu ittifaqın üzvi olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamışdır. Hazırda Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və artıq həmin sazişin 90 faizi razılaşdırılmışdır.

Azərbaycanın beynəlxalq müstəvidə tutduğu fəal mövqe və irəli sürdüyü qlobal təşəbbüslər ona çoxlu sayda tərəfdaş qazandırmışdır. Dünyada BMT-dən sonra ən güclü təşkilat olan Qoşulmama Hərəkatına üzv ölkələr bizim mövqeyimizi müdafiə edirlər. Azərbaycanın bu təşkilata rəhbərliyi formal rəhbərlik deyildir. Dövlətimiz həmin təşkilata üzv olan dövlətləri müdafiə edir, onlara kömək göstərir. Azərbaycan imkanları daxilində onlara COVID-lə bağlı  yardım etmişdir.

Ölkəmiz siyasi dialoq siyasəti onun prioritet fəaliyyət istiqamətlərindən biridir. Mövcud siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı və iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin qarşısında duran vacib məsələlərdir. Vətən Müharibəsi vaxtı aparılan siyasi dialoq öz müsbət effrktini verdi. AXCP-Müsavat cütlüyü istisna olmaqla bütün siyasi partiyalar, ölkə Prezidentinin yanında oldu. Azərbaycan ordusu çox şanlı və şərəfli bir tarix yazdı.

Dünyanın tanınmış hərbi ekspertləri qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparmışdır. Ölkəmizin bu sahədəki təcrübəsinin öyrənilməsi çox qürurvericidir. Biz o ğədər güclü olmalıyıq ki, əlli ildən sonra sonra belə, XXII əsrin müharibəsinə də hazır olmalıyıq. Çünki dünyada hər şeyi güc həll edir. Inanırıq ki, azərbaycan dövləti Prezident ilham Əliyevin siyasi rəhbərliyi altında daha yeni nailiyyətlərə imza atacaqdır.

Elnur Əlizadə,
Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci

  •  (0)
  •  (0)