Siyasi sədaqət nümunəsibackend

Siyasi sədaqət nümunəsi

5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilmişdir. Qurultayda  partiyanın sədri İlham Əliyev giriş nitqi söyləmişdir. Öz nitqində bildirmişdir ki, “Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır”. YAP bir partiya kimi Heydər Əliyev şəxsiyyətinin nüfuzu əsasında yaranmış və qısa müddət ərzində hakim parityaya çevrilməyi bacarmışdır. Məhz Ulu Öndərin siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik nəticəsində bu zirvəyə yüksələ bilmişdir.

Peşəkar siyasətçi və dövlət xadimi olan Heydər Əliyevin siyasi irsi daim öyrənilməli və təşviq olunmalıdır. O, 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Sovet Sosialist Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə ən son yerlərdən birini tuturdu. Ulu öndərin xidməti sayəsində 1982-ci ildə  artıq Azərbaycan öncül yerlərdən birini tuturdu. Kemiş SSRİ-də iki donor pespublikanın biri Azərbaycan idi. Qısa zaman kəsiyində respublika sənaye, kənd təsərrüfatında və digər sahələrdə böyük nailiyyətlər qazandı.

Ulu Öndərin siyasətində dövlətin maraqları və müstəqillik əldə etməsi istəyi hər zaman mütləq prioritet kimi çıxış edib. Onun müstəqilliklə bağlı  qətiyyətli addımları xalq tərəfindən həmişə yüksək qiymətləndirilib və hər zaman dəstəklənmişdir. 1991-ci ili mart ayında Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi. Ulu Öndər başda olmaqla 43 deputat SSRİ-nin qalmasının əlehinə səs vermişdir.

Lakin hakimiyyət Moskvanın tapşırığı ilə bu referendumun nəticələri kobudcasına saxtalaşdıraraq belə bir görüntü yaratmağa şalışmışlar ki, guya Azərbaycan xalqı müstəqil olmaq istəmir və sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində qalmaq istəyir. Əslində bu həqiqətdən çox uzaq bir yanaşma idi.  Azərbaycan 20 yanvar faciəsini yenicə yaşamışdı və Dağlıq Qarabağ məsələsində SSRİ Azərbaycana qarşı ədalətsiz bir mövqe sərgiləyirdi. Qərbi Azərbaycan türklərdən təmizlənmişdi. Sadalananların bu xalqın yaddaşından silməsi mümkünsüz idi. Bunları nəzərə alan Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında referendumun keçirilməsinə imkan verməmişdir. Həmin zamanı və məkanı nəzərə alsaq, bu böyük cəsarət və qəhrəmanlıq tələb edən bir addım idi.

Xalqın inadlı təkidlərindən sonra, ikinci dəfə hakimiyyətə gələn H.Əliyev Azərbaycanın siyasi tarixində yeni bir şərəfli səhifə açdı. 1993-cü ilin 15 iyununda Milli Məclisin sədri seçilən Ulu Öndər qısa müddət ərzində ölkədəki xaosu aradan qaldıraraq, həmin ilin oktyabr ayında ölkənin prezidenti seçildi.

Növbəti on il ərzində müstəqil Azərbaycanın müstəqilliyinin siyasi əsasları formalaşdırıldı və ölkənin əsas prioritetləri müəyyənləşdirildi. 20 Yanvar faciəsinə siyasi qiymət verildi. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul olundu. Ulu Öndərin göstərişi ilə, Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura ləğv edildi. Iqtisadi, siyasi və hüquqi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən azad olaraq, dünyada hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başlandı. Azərbaycana böyük investisiyalar qoyulmağa başlanıldı. Nizami ordumuz olmadığına görə, milli ordu quruculuğuna start verildi. Müasir tələblərə cavab verən milli kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı.

Müasir Azərbaycanın siyasi memarı olan Ulu Öndərin ideyaları bu gün Onun siyasi varisi olan, Azıərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla və sədaqətlə həyata keçirilir.

Sabir Fətəliyev,

Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci

  •  (0)
  •  (1)