Tarif Şurasından daha bir qərarbackend

Tarif Şurasından daha bir qərar

Azərbaycanda qiymətləri təsdiqlənən dərman vasitələrinin sayı 12 442 ədədə çatıb.

Hokm.Az xəbər verir ki, bu barədə Tarif Şurasının katibi Ceyhun Nəcəfov APA-ya açıqlamasında bildirib.

C. Nəcəfov deyib ki, yanvarın 31-də Tarif (qiymət) Şurasının növbəti iclasında Səhiyyə Nazirliyinin müraciəti əsasında dərman vasitələrinin ekspertiza taariflərinə də baxılıb.

O cümlədən 50 dərman vasitəsinin tarifi təsdiqlənib:

“Bununla da Tarif Şurası tərəfindən qiymətləri təsdiqlənən dərman vasitələrinin sayı 12 442 ədəd olub. Qərar fevralın 1-dən qüvvəyə minəcək”.
  •  (0)
  •  (0)