Tanışını güllələyən sabiq polis rəisinin cinayət işindən YENİ XƏBƏRbackend

Tanışını güllələyən sabiq polis rəisinin cinayət işindən YENİ XƏBƏR

Sabunçu rayon Polis İdarəsinin sabiq rəisi Rza Hacıyevin barəsində olan cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə göndərilib.

Hokm.az Trend-ə istinadən bildirir ki, bunu Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev deyib.

O bildirib ki, hazırda istintaq davam edir.

“Hadisə ötən il dekabrın 16-da baş verib. Rza Hacıyev avtomat silahla tanışının maşınına 8 dəfə atəş açıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlansa da, sonradan cinayət işinə 29,120,1-ci maddəsi də əlavə edilib. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə gönədrilib. Hazırda istintaq davam etdirilir”, – idarə rəisi deyib.

  •  (0)
  •  (0)