Tanınmış vəkil Şaiq Mirzəyevə vəzifə verildibackend

Tanınmış vəkil Şaiq Mirzəyevə vəzifə verildi

Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru, “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin rəhbəri Şaiq Mirzəyev yeni vəzifəyə təyin olunub.

Hokm.az-ın məlumatına görə, o, “Az-Granata” MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.

Şaiq Mirzəyev bu vəzifədə Vüqar Mikayılovu əvəz edib. V. Mikayılov isə şirkətin icraçı direktoru təyin edilib.

Qeyd edək ki, “Az-Granata” 2009-cu ildə Ağsu rayonunda yaradılıb. Şirkət alkoqollu və alkoqolsuz məhsullar istehsal edir.

  •  (1)
  •  (0)