Tanınmış teleaparıcı ARB TV-də veriliş aparacaq – FOTObackend

Tanınmış teleaparıcı ARB TV-də veriliş aparacaq – FOTO

2020-ci sentyabr ayında ARB telekanalı özünün 5-ci – yubiley televiziya mövsümünə başlayır. Televiziya ölçü meyarına əsasən qisamüddətli fəaliyyətinə baxmayaraq, telekanal ötən televiziya mövsümünü beynəlxalq reytinq cədvəlinin üçüncü yerində bitirərək, ölkənin ən məşhur tekelanallarından biri olmağı bacarıb.

Hokm.az ölkə.az-a istinadən xəbər veri ki, son illərin pozitiv dinamikasını qorumaq və efir keyfiyyətini ümumən qaldırmaq məqsədilə telekanal yeni mövsümdə videokontentin beynəlxalq istehsalçıları ilə əməkdaşlığı genişləndirir. İstirahət günlərinin efir gündəliyini gücləndirməyə xidmət edən layihələrdən biri NTV kanalının “Секрет на миллион” layihəsinin adaptasiyasıdır. Layihənin ilk buraxılışı “Onun sirri” adı ilə tezliklə nümayiş olunacaq.

İncəsənət sahəsinin və şou-biznesin tanınmış simalarının əsas sirlərini öyrənmək imkanı isə teleaparıcı Lətafət Ələkbərovaya verilib. Onun şəxsi, dramla dolu həyat təcrübəsi atmosferə daha çox səmimilik qatacaq və əsas qəhrəmanların tarixçələrini daha yaxından hiss etmək imkanı verəcək. Layihə 90-cı illərin ortalarından televiziya sahəsində çalışan məşhur azərbaycanlı prodüser Anar Mədətova həvalə olunub.

Layihənin orijinalında olduğu kimi, qəhrəmanlara veriliş boyu doğru və dürüst cavablara görə pul mükafatları təqdim olunacaq.  Adaptasiya olunmuş layihənin kulminasiya nöqtəsi olaraq, əlbəttə ki, əsas sual qalır – zərf yandırılacaq, yoxsa qonağın şokedici sirri açılacaq?!

  •  (0)
  •  (0)