Tanınmış Qarabağ müharibəsi döyüşçüsü vəfat etdibackend

Tanınmış Qarabağ müharibəsi döyüşçüsü vəfat etdi

Birinci Qarabağ müharibəsinin tanınmış döyükçüsü, ehtiyatda olan polis polkovnik-leytenantı Asif Məmmədov vəfat edib.

Asiya.az xəbər verir ki, Məmmədov Asif Məmməd oğlu 10.12.1954-cü il tarixdə Füzuli rayonunun Kürdmahmudlu kəndində ziyalı ailəsində anadan olub.

1-ci Qarabağ müharibəsi zamanı Füzuli rayon Polis şöbəsinin PPXB-nün komandiri, İctimai Təhlükəsizlik Bölməsinin rəisi, 1995-ci ildən isə şəxsi heyət üzrə rəis müavini vəzifəsində xidmət etmişdir.

1-ci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Horadiz şəhərinin və 23 kəndin işğaldan azad olunmasında qəhrəmanlıqla şücaət göstərmişdir.

Milli Qəhrəmanlar – Pəhlivan Fərzəliyevin və Nazim Quliyevin komandiri olmuşdur.

1-ci Qarabağ müharibəsi zamanı torpaqlar işğalda olduğu üçün Milli Qəhrəman adından imtina etmişdir.
Qarabağ müharibəsi veteranı idi.
Allah rəhmət etsin!

  •  (0)
  •  (1)